Dünya
"Leipzig" bunu bacardı
"RB Leipzig" Bundesliqaya vəsiqə qazandığı ilk mövsümdəcə Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Ralf Ranqnik mövsüm başa çatandan sonra transferlərə böyük pullar xərclənməyəcəyini bildirib."Leipzig" tanınmış, bahalı futbolçular transfer etməyəcək. Biz strategiyamıza sadiq qalıb gənc və perspektivli futbolçulara etimad göstərəcəyik. Bizim nəzarətimiz altında onlar inkişaf edəcək. Necə ki, komandada yüksəliş hiss olunur" - almaniyalı mütəxəssis qeyd edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR