Dünya
Tailandda partlayışlar: 50 nəfər yaralanıb
Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb.
XalqTV.com "Report"a istinadən bildirir ki, bu barədə "The Sun" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb. Belə ki, ilk partlayış univermağın girişinin yaxınlığında baş verib. İnsanlar ticarət mərkəzindən qaçdıqda ikinci partlayış törədilib.
Məlumata görə, naməlum şəxslər ticarət mərkəzinin qarşısında dayanıblar. Bundan sonra mağazaya partlayıcı maddə atıblar.
Regional polisin rəhbəri Ronnasilp Pxusar isə bildirib ki, partlayışlar avtomobilə yerləşdirilmiş bomba vasitəsilə törədilib. O, hələlik hadisənin təfərrüatı barədə məlumatsız olduğunu əlavə edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR