SAĞLAMLIQ

Üzümə oxşayan rus alçası

  • 11 Jun 2017
  • 268 baxış

Qızılı-çəhrayı rəngli, turşa-şirin və çox dadlı olan rus alçası o qədər də məşhur olmayan giləmeyvədir. AZƏRTAC-ın verdiyi xəbərə görə, XI əsrdən başlayaraq Rusiyada onu monastır bağlarında yetişdirməyə başlayıblar. Qərbi Avropada isə rus alçasını XVI əsrdən tanıyırdılar. Məşhur rus bioloqu İvan Miçurin bitkini "şimal üzümü" adlandırmışdı.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, rus alçasının barlı budaqları zərərvericilərə qarşı çox həssasdır. Qafqaz təbabətində vərəm xəstəliyi zamanı rus alçasının yarpaqlarının dəmləməsindən istifadə edirlər.

Çoxillik kol bitkisi rus alçasının becərilməsi dekorativ baxımdan da sərfəlidir. Optimal mülayim temperaturda, yaxşı havalı yerlərdə bitir, suya tələbatı azdır. Gilli dənəvər-podzol və meşə torpaqlarında daha yaxşı bitir, şitil və ya qələm vasitəsilə çoxalır. İyun-avqust aylarında yetişən giləmeyvələri oval və ya kürəşəkilli yalançı meyvədir. Qida məqsədilə təzə dərilmiş formada yeyilir. Ondan qida sənayesində mürəbbə, kisel, marmelad və çaxır istehsalında istifadə edilir.

Rus alçası müalicəvi təsirinə görə moruq, albalı və almadan üstündür. Onun şirəsinin qanyaradıcı, sidikqovucu, ödqovucu, işlədici, qankəsici və xərçəng əleyhinə təsirləri var. Mübadilə pozğunluğunda, piylənmə, xroniki qəbizlik, dəmir defisitli anemiya, hipovitaminoz zamanı, qaraciyər və öd kisəsi xəstəliklərində istifadə edirlər. Rus alçası meyvəsinin şirəsi qanın tərkibini təzələyir, eritrositlərin miqdarını və hemoqlobinin səviyyəsini artırır. Ürək-damar sistemi xəstəliklərindən ateroskleroz və hipertoniya zamanı tətbiq edilir. İştahanı yaxşılaşdırır, təzyiqi normalaşdırır, ağrıkəsici təsirə malikdir.

Rus alçası meyvələrindən 1 xörək qaşığı 1 stəkan qaynar suya əlavə edilərək 10 dəqiqə zəif ocaqda qaynadılır, soyuyandan sonra süzülərək dəmləməyə bal və ya şəkər qatılaraq gündə dörd dəfə içilir. Şirəsinin tərkibində 2 faizə qədər sellüloz olduğuna görə həzm sisteminin xora xəstəlikləri və enteritin kəskinləşməsi mərhələlərində, həmçinin kolit zamanı qəbulu çox xeyirlidir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO