Restavek: müasir qullar - FOTO
Restavek fransız dilindən götürülüb, 0rester avec - "qalmaq" mənasındadır. Bu ad Haitidə kasıb ailələrin havayı qulluqçu kimi bir qədər imkanlı ailələrə verdikləri övladlarına verilir. Hazırda belə qulluqçuların sayı 286 min nəfərə çatıb.
XalqTV.com oxu.az-a istinadən bildirir ki, Dye Nalio Şerinin fotolayihəsində XXI əsrin azyaşlı qullarının gündəlik həyatı əks olunub.
/>
Foto: Dieu Nalio Chery / AP
2017-ci ilin mayı. 13 yaşlı kimsəsiz Medej Dorlyu (mərkəzdə) sahibəsinın sırğasını taxmasına yardım edir.
/>
Foto: Dieu Nalio Chery / AP
Medejin bəxti gətirib, onu yad deyil, mərhum anasının dostları öz evlərinə götürüblər.
/>
Foto: Dieu Nalio Chery / AP
Medej yalnız sahibəyə deyil, eləcə də, ailənin bütün üzvlərinə yardım etməlidir (məsələn ondan bir qədər böyük olan Stefaniyə).
/>
Foto: Dieu Nalio Chery / AP
Medej həyətdə paltar asarkən. Səhər o, məktəbə gedir, evə gəldikdən sonra isə ev işlərinə yardım edir.
/>
Foto: Dieu Nalio Chery / AP
Medej güzgünü silir. "Öz ailənlə və yad evdə yaşamaq fərqli şeylərdir", - qız deyib.
/>
Foto: Dieu Nalio Chery / AP
12 yaşlı Uotson Sen Fler (mərkəzdə) su paketləri daşıyır, o, bu paketləri küçədə satacaq. "O, məni döyərkən, "anan öldü, sən niyə ölmədin?", - deyə qışqırır", - oğlan öz sahibəsindən danışarkən bildirib.
/>
Foto: Dieu Nalio Chery / AP
Uotsonun 12 yaşı var. O, heç vaxt məktəbə getməyib.
/>
Foto: Dieu Nalio Chery / AP
Su satmağa getməzdən öncə Uotson sahibinin 7 yaşlı oğlunu çimizdirir. Sen Fleri yanına götürən qadının uşağı məktəbə gedir.
/>
Foto: Dieu Nalio Chery / AP
"Maurice Sixto Foundation" fondunun fəalları Uotsonu oğlanlar üçün iqamətgaha götürməyə ümid edirlər, o burada həm oxuyacaq, həm də işləyəcək.
/>
Foto: Dieu Nalio Chery / AP
Yerli xeyriyyə təşkilatlarının işçiləri qeyd edirlər ki, restaveklərin sayı Haitidə artmaqdadır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində