Dünya

Liviya sahillərində minlərlə miqrant xilas edildi

  • 11 Jun 2017
  • 217 baxış

Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki,  bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər.

Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Avropaya dəniz yolu ilə 54 min qaçqın keçib. 1,3 min qaçqın dəniz yolu ilə keçməyə cəhd göstərərkən həlak olub və ya itkin düşüb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR