Dünya

Londonda baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

  • 12 Jun 2017
  • 195 baxış

London polisi Londonda körpüdə baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 19 yaşlı şəxs Londonun şərqində saxlanılıb.

Qeyd edək ki, Londonda iyunun 3-də silsilə terror aktları təşkil olunub. London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub. Baş verən hücumlarda 8 nəfər ölüb, 50 nəfərə yaxın isə xəstəxanaya yerləşdirilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR