İqtisadiyyat

Neft Fondunun rəhbərliyində yeni təyinat

  • 12 Jun 2017
  • 251 baxış

Nərgiz Nəsrullayeva-Müdüroğlu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə Fonddan məlumat verilib.

Nərgiz Nəsrullayeva-Müdüroğlu bu təyinata qədər Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə direktoru, "Regus Business CentreTrading Ltd" Bakı filialında Biznes Mərkəzinin meneceri, "HSBC Bank Middle East" Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifələrində çalışıb. 2004-2015-ci illər ərzində Azərbaycandakı Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") İcraçı direktoru olub.

N.Nəsrullayeva Qərb Universitetinin İqtisadiyyatın qanuni tənzimlənməsi fakültəsində bakalavr təhsili, ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəetmə məktəbində Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsini alıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR