Dünya

İbadət yerinə çılpaq gəldi: hər kəs birdən qışqırıb ağlamağa başladı - VİDEO - FOTO

  • 12 Jun 2017
  • 221 baxış

23 yaşlı gənc qadın çılpaq vəziyyətdə Qüdsdə yəhudilər üçün müqəddəs sayılan "ağlama divarı"na gəlib.

İbadət yerinə lüm-lüt gələn gənc qadın aranı qarışdırıb. Qadın heç kimi dinləmədən kişilərin ibadət etdiyi hissəyə doğru getməyə başlayıb. Heç kim onu dayandıra bilməyib. 

XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, qadını o vəziyyətdə görənlər qışqıraraq ağlamağa başlayıblar. Cəld şəkildə gənc qadının üzərini örtməyə, onu geyindirməyə çalışan qadınların səyi boşa çıxıb. Qadın geyinməyi rədd edib.

Qadının kişilərin ibadət etdiyi əraziyə daxil olmağının qarşısı iki təhlükəsizlik işçisi tərəfindən alınıb. Şahidlər təhlükəsizlik işçiləri bu dəfə qadının üzərini örtməyi bacardıqlarını söyləyiblər.

Yəhudi inancına görə "ağlama divarı"nda qadın və kişilər ayrı-ayı yerlərdə dua edir. İsrail televiziyasına danışan bir şahid: "Oraya gəldiyində üzərində geyim var idi. Yavaş-yavaş çıxarmağa başadı. Bu bir təxribatdır".

Adı açıqlanmayan qadının valideynləri isə qızlarının əqli qüsurlu olduğunu deyiblər.

Məhəmməd Vaqif

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR