idman

İslamiada: Həndbolçularımız qələbə ilə başladılar - FOTO

  • 09 May 2017
  • 287 baxış

Mayın 9-da "Sərhədçi" İdman Olimpiya Kompleksində kişi və qadınlar arasında həndbol yarışlarının qrup mərhələsinə start verilib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, kişilər arasında yarışda 8 komanda iki qrupda mübarizə aparır. Azərbaycan, Pakistan, Əlcəzair və Səudiyyə Ərəbistanı "A" qrupunda, Türkiyə, İraq, İordaniya və Mərakeş isə "B" qrupunda yarışır. Qadınlar arasında yarışda isə 4 komanda iştirak edir. Bunlar Azərbaycan, Türkiyə, Özbəkistan və Kamerun yığmalarıdır.

Meydana əvvəlcə "A" qrupunda yer alan Səudiyyə Ərəbistanının və Əlcəzairin kişi həndbolçuları çıxıblar. Qarşılaşma 26:13 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının xeyrinə yekunlaşıb. Qrupun digər oyununda Pakistanla üz-üzə gələn Azərbaycan milli komandası 43:36 hesablı qələbə qazanıb. Komandamızın heyətində Maksim Butenko 11 dəfə rəqib qapısına yol tapıb.

"B" qrupunun ilk oyunu Türkiyə ilə Mərakeş kollektivləri arasında keçirilib. Türkiyəli həndbolçular rəqiblərini 27:24 hesabı ilə məğlub ediblər. İraq-İordaniya görüşü isə nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 37:15.

Qadınlar arasında günün ilk matçı Türkiyə ilə Özbəkistan yığmaları arasında baş tutub. Türkiyə təmsilçiləri asan qələbəyə seviniblər - 37:21. Kamerun-Azərbaycan oyununda isə azarkeşlər maraqlı və gərgin idman mübarizəsinin şahidi olublar. Həndbolçularımız rəqiblərini 28:26 hesabı ilə çətinliklə məğlub ediblər. Komandamızın heyətində 10 dəfə rəqib qapıçını məyus edən Marina Tankaskaya qələbədə əsas pay sahibi olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-263-islamiada--hendbolcularimiz-qelebe-ile-bashladilar---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11