idman

"Roma"nın yeni baş məşqçisi müəyyənləşdi

  • 14 Jun 2017
  • 268 baxış

"Roma"nın yeni baş məşqçisi müəyyənləşib.

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq. 

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib. 

O, "Roma" üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi "canavarlar"ın şərəfini qoruyub. 

Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm "Sassuolo" Avroliqaya vəsiqə qazanmışdı. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-2708-romanin-yeni-bash-meshqcisi-mueyyenleshdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11