Dünya
Prosineçkini əvəzləyən baş məşqçi bəlli oldu
"Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "ağ-yaşıllar" Pol Le Quenlə anlaşıblar.
Uzun müddət Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan Superliqa təmsilçisinin bu arzusu baş tutmayınca, rəhbərlik yeni çalışdırıcını başqa ölkədə tapıb.
Belə ki, "Lion", PSJ və "Reyncers" kimi klublarda işləmiş Pol Le Quenlə danışığa başlayan türklər ilk görüşdəcə razılıq əldə ediblər. 53 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə bağlamaq üçün yaxın günlərdə Türkiyəyə yollanacaq.
Qeyd edək ki, Pol Le Quenin son iş yeri Oman yığması (2011-2015) olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR