73 yaşlı kişi birlikdə olduğu qadını öldürüb intihar etdi - VİDEO - FOTO
Konyada 73 yaşlı kişi birlikdə olduğu 36 yaşlı sevgilisini ov tüfəngiylə öldürdükdən sonra intihar edib.
XalqTV.com Haberler-ə istinadən xəbər verir ki, Konyanın Səlcuqlu mahalında axşam saatlarında meydana gələn hadisədə iddiaya görə, həyat yoldaşı bir müddətdir həbsdə olan bir uşaq anası Bənövşə S. birlikdə olduğu 3 uşaq atası 73 yaşlı Əkrəm G.-nin evinə gedib.
Burada cütlük arasında məlum olmayan səbəbdən mübahisə yaşanıb. Mübahisənin böyüməsindən sonra, Əkrəm G. evində olan ov tüfəngi ilə 36 yaşlı Bənövşə S.-ya atəş açıb.
Əkrəm G. sonra oğlu Abdulla G.-ya zəng edərək "Bənövşəni öldürdüm. İndi də özümü öldürəcəyəm", - deyib.
Əkrəm G. sonra polisə zəng edərək Bənövşə S.-nı öldürdüyünü və özünü də öldürəcəyini bildirib. Polislər dərhal hadisə yerinə yollanıblar.
Polis evə girdikdə Bənövşə S. və Əkrəm G. -nin cansız bədənləri ilə qarşılaşıb.
Hadisə ilə əlaqədar istintaq başladılıb.
Məhəmməd Vaqif
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
>Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində