Dünya

San-Fransiskoda silahlı insident baş verib, yaralananlar var

  • 14 Jun 2017
  • 212 baxış

ABŞ-ın San-Fransisko şəhərində silahlı insident baş verib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, hadisə "United Parcel Service" poçt şirkətinin yaxınlığında qeydə alınıb.

Naməlum şəxs odlu silahdan atəş açaraq bir neçə nəfəri yaralayıb. Cinayətkarın polis tərəfindən saxlanıldığı bildirilir. İlkin məlumata görə, o, polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR