Dünya
Məşhur aktyor vəfat etdi
Məşhur aktyor Aleksey Batalov bu gün səhər 89 yaşında dünyasını dəyişib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" qəzeti aktyorun dostuna istinadən xəbər verib.
Qəzetin verdiyi məlumata görə, aktyor "Gecə yatıb və yuxuda keçinib".
Qeyd edək ki, daha öncə aktyor ayağını sındırdığı üçün 2 ay xəstəxanada müalicə alırmış.
Əfsanəvi aktyor 1928-ci ildə anadan olub. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır" filmindəki Qoşa obrazı ilə xatırlayır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR