Dünya

"İnşallah, həyat yoldaşım mən səhnədə ikən doğmaz"

  • 15 Jun 2017
  • 232 baxış

Bodrumda səhnəyə çıxan məşhur müğənni Berkay pərəstişkarlarına unudulmaz bir gecə yaşadıb.

XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, konsert proqramından öncə jurnalistlərin suallarını cavablandıran Berkay atalıq həyəcanının getdikcə artdığını qeyd edib.

İlk dəfə uşaq sahibi olacaq Berkay-Özlem Şahin cütlüyü 40 gün sonra körpələrinə qovuşacaq: "Doğuşu Türkiyədə edəcək. Xaricdə istədik, amma mənim konsertlərimin çoxluğuna görə Türkiyədə olması haqda qərar verdik. Həmin tarixə 40 gün var . Allah bilir yenə də nə zaman olacağını, amma həkimimiz 30, uzağı 40 gün qaldığını dedi".

Jurnalistin "Siz səhnədə ikən yoldaşınız doğum etsə nə edərsiniz?", - sualına Berkay "İnşallah, elə bir şey olmaz. Çox narahatlıq keçirirəm, yoldaşımın yanında ola bilməmək üzər məni. Allahın izni ilə yanında olaram, böyük ehtimalla. Həyat yoldaşımı yalnız qoymaram", - cavabını verub.

Məhəmməd Vaqif

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR