Dünya

Malayziyada radarlardan itmiş hərbi təyyarə qəzaya uğrayıb

  • 15 Jun 2017
  • 214 baxış

Malayziyada radarlardan itmiş Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə "Straits Times" nəşri məlumat yayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, "Hawk-108" qırıcısı Kuantan aviabazasından 51 kilometr kənarda qəzaya uğrayıb. Təyyarənin hər iki heyət üzvü həlak olub.

Əvvəlki məlumatlarda bildirilirdi ki, təyyarə aviabazadan havaya qalxdıqdan 30 dəqiqə sonra Pahanq və Terenqqanu ştatlarının sərhədində onunla əlaqə kəsilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR