SAĞLAMLIQ

Bu içki 5 XƏSTƏLİKDƏN qoruyur

  • 16 Jun 2017
  • 269 baxış

Qəhvə bəzi ciddi xəstəliklərin inkişafı riskini xeyli azaldır. Belə qərara Harvard Universiteti alimləri gəliblər.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, bir neçə il ərzində alimlər 130 min qəhvə sevən insana nəzarət etdikdən sonra aşkar ediblər ki, qəhvənin müntəzəm istehlakı orqanizmi bu xəstəlik və pozulmalardan qoruyur:

1. Neyrodegenerativ xəstəliklər: Alsgeymer və Parkinson xəstəliyi.
Bu xəstəliklər məhz beyinin qocalması ilə bağlıdır. Araşdırmalar göstərib ki, qəhvə beyinin qocalmasını ləngidir.
2. Qaraciyər sirrozu və digər qaraciyər xəstəlikləri.
Alimlər çox təəccüblü fakt aşkar ediblər. Tez-tez qəhvə içən əyyaşlarda qaraciyər sirrozuna daha az hallarda təsadüf edilir. Aşkar olunub ki, qəhvə güclü hepaprotektor (qaraciyər hüceyrələrini qoruyan) xüsusiyyətlərinə malikdir və qaraciyər hüceyrələrini spirtli içkilərin və s. ziyanlı maddələrin təsirinə daha davamlı edir.
Lakin alimlər spirtli içkiləri qəhvə ilə birlikdə içməyi tövsiyə etmir ki, qəhvənin tərkibində olan kofein spirtli içkinin orqanizmə olan təsirini daha da artırır.
Həmçinin qaraciyərin ciddi xəstəlikləri zamanı qəhvənin istehlakı əks-göstəriş sayılır.
3. Qulaqcıqların fibrilyasiyasında (səyrici aritmiya).
Elmi araşdırmaların məlumatlarına əsasən bu yayılmış ürək xəstəliyi qəhvə sevən insanlar arasında daha az təsadüf edilir.
Lakin bu xəstəlik sizdə artıq inkişaf edibsə, qəhvə içmək olmaz.
4. Şəkərli diabet.
Qəhvə mədəaltı vəzinin qlükozaya olan həssaslığını artırır. Bu səbəbdən mədəaltı vəz qanda şəkərin dəyişilməsinə daha davamlı olur və bu da diabetin inkişafı riskini azaldır.
5. Orqanizmin qocalması.
Qəhvə qocalmanın ən yaxşı profilaktik vasitələrindən biri sayılır.
Alimlər gündə 6 fincana qədər təbii qəhvə içməyi tövsiyə edir. Hər insan öz qəhvə "doza"sını təyin etməlidir. Əgər növbəti fincandan 20 dəqiq sonra (qəhvə bu müddətdən sonra təsir etməyə başlayır) nəbziniz və təzyiqiniz hiss olunacaq dərəcədə artıbsa, deməli, bu fincan artıq idi və qəhvənin istehlakını bir qədər azaltmaq lazımdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO