İqtisadiyyat

Bolqarıstan SOCAR-la danışıqlara başladı - "Balkan"la bağlı

  • 16 Jun 2017
  • 253 baxış

Bolqarıstanın "Bulqartransqaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Balkan" qovşağına qaz tədarükünün həcmi barədə danışıqlara başlayıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov deyib.

Nazir müavini qeyd edib ki, Bolqarıstan şirkəti "Şahdəniz 2" yatağının azad ehtiyatlarının istifadəsi barədə danışıqlar aparır. Onun sözlərinə görə, danışıqlar hələlik başlanğıc mərhələdədir.

Qeyd edək ki, Xəzər regionundan gələn qaz Bolqarıstana bu ölkə ilə Yunanıstan arasındakı yeni IGB qaz kəməri vasitəsilə çatdırılacaq.

Layihənin dəyərinə gəldikdə isə, J.Stankovun sözlərinə görə, o, 240 milyon avro dəyərində ölçülür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR