Siyasət

Çavuşoğlu Səudiyyə kralı ilə Qətər böhranını müzakirə edib

  • 17 Jun 2017
  • 240 baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistana səfər çərçivəsində kral Salman bin Əbdüləziz Al Səud ilə görüşüb

XalqTV.com  Trend-ə istinadən bildirir ki, görüş zamanı tərəflər qətər böhranını və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR