Dünya

Şimali Koreya hərbçisi cənuba qaçdı

  • 18 Jun 2017
  • 241 baxış

Şimali Koreya ordusunun hərbi qulluqçusu Xanqan çayı vasitəsilə Cənubi Koreyaya qaçıb.

XalqTV.com axar.az-a istinadən bildirir ki,  bu barədə Cənubi Koreya ordusunun Rəislər Qərargahının Birləşmiş Komitəsi məlumat verib.

Komitədən bildirilib ki, hərbçi penoplast qırıntısından istifadə edərək çayı keçib.

Qeyd edək ki, ötən həftə də Şimali Koreya ordusunun hərbçisi iki ölkəni ayıran sərhədi keçərək cənuba qaçmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR