Dünya

Kök ulduz: "Arıqlığı ilə fəxr edənlər xəstədir" - FOTO

  • 10 May 2017
  • 233 baxış

"Tanrı insanı necə yaradıbsa, elə də olmaq təsəvvürünü qəbul etmirəm. Arıqlamaq da olar, kökəlmək də. Plastik cərrahiyyə əməliyyatlarından da yararlanmaq olar. Lakin insan arıqlığı və ya köklüyü ilə qürrələnməməlidir. Arıqlığı ilə fəxr edənlər xəstədir".

Britaniyada populyar TOWIE realiti-şousunun sabiq ulduzu, 36 yaşlı Cemma Kollinz belə deyib.

XalqTV.com The Sun-a istinadən bildirir ki, Kollinz son zamanlar İnstagram-da sürətlə yayılan "qabırğa dəbi"ni sərt tənqid edib.

Modellər və qlamur ulduzlar qarınları içəri çəkib qabırğalarını göstərir, selfi çəkdirirlər.

"Belələrinin şüurlarında qüsurlar var. Mənsə vücüdumdan narazı deyiləm", - Kollinz söyləyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR