Dünya

Londonda sürücü avtomobili məsciddən çıxan insanların üzərinə sürüb, ölən və yaralananlar var - FOTO

  • 19 Jun 2017
  • 276 baxış

08:54

Londonda naməlum şəxsin avtomobili kütlənin üzərinə sürməsi nəticəsində azı bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Trend-in yerli polisə istinadən verdiyi xəbərə görə, hadisə insanların məsciddən çıxarkən baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yol bağlanılıb. Faktla bağlı bir nəfər saxlanılıb.

----------

08:24

Londonun şimal-şərqində miniven tipli avtomobil piyadaları vurub. Baş verən insident zamanı bir nəfər ölüb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə London polisindən bildirilib.

Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib. 

"Sky News" telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
 
Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra  maşından  düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
 
İyunun 3-də isə  "London-Bric" körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.

-----------

07:56

Londonda furqon tipli avtomobil məsciddən çıxan insanların üzərinə sürüb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yol bağlanılıb.

Bildirilir ki, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb, bir nəfər saxlanılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-3074-londonda-surucu-avtomobili-mescidden-cixan-insanlarin-uzerine-surub--olen-ve-yaralananlar-var---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11