İqtisadiyyat

"Cənub-Qərb" nəqliyyat dəhlizi layihəsi üzrə protokol imzalanıb - FOTO

  • 19 Jun 2017
  • 311 baxış

Bu gün Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa "Cənub-Qərb" nəqliyyat dəhlizi layihəsi üzrə görüşün nəticələrinə dair yekun protokol imzalayıblar.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, sənədi adı çəkilən ölkələrin dəmir yolu qurumları rəhbərləri imzalayıblar: Cavid Qurbanov, Səid Mohammadzadə, Mamuka Baxtadze, Voytsex Balçun və Kşiştof Maminski.

Protokola "Cənub-Qərb" marşrutunun katiblik və əməliyyat işçi mərkəzinin yaradılması, əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Sənədə əsasən "Cənub-Qərb" nəqliyyat dəhlizi üzrə beş ölkə arasında əlaqələndirmə işləri "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçiriləcək.

Layihə üzrə işçi qrup Tehranda yerləşəcək.

Protokolda həmçinin qeyd edilib ki, layihə üzrən Əlaqələndirmə Komitəsinin görüşü sentyabrda Odessada keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-3098-cenub-qerb-neqliyyat-dehlizi-layihesi-uzre-protokol-imzalanib---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11