İngiltərə "qəhrəman molla"dan danışır - VİDEO
Londondakı məsciddən çıxan müsəlmanlara maşınla təşkil edilən hücumdan sonra cinayətkarı linç edilməkdən məscidin mollasının qoruduğu ortaya çıxıb.
Şahidlərin dediyinə görə, məscidin imamı Məhəmməd Mahmud sürücünü mühasirəyə alan kütləni sakitləşdirib və təcavüzkarın linç edilməsinə mane olub.
XalqTV.com xəbər verir ki, İngiltərə mətbuatı tərəfindən "qəhrəman imam" olaraq təqdim edilən Məhəmməd Mahmud isə verdiyi açıqlamada tək başına hərəkət etmədiyini deyib və "Başqa sakit olan və insanları sakitləşdirməyə çalışan qardaşlarım da var idi. Bir qəzəb dalğasının olmağına mane olmağa çalışdıq" ifadələrini işlədib.
Cinayətkarın "məni öldürün" şəklindəki sözlərindən qorxduğunu söyləyən Məhəmməd Mahmud "Bəlkə də bu sözlərlə cəmiyyəti, bu gözəl şəhəri bölmək və müsəlman cəmiyyətini "şeytani" göstərmək istəyirdilər" deyib.
Xatırladaq ki, Londonun şimalındakı Finsbury Park Məscidi yaxınlığında baş verən hücum nəticəsində bir nəfər ölüb, 10 adam isə yaralanmışdı.
Təhməz Təkin
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində