İqtisadiyyat

Azərbaycanda qənd, şəkər tozu, tütün istehsalı azalıb

  • 20 Jun 2017
  • 242 baxış

Azərbayanda ötən ilin yanvar-may ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında bu il 38,6 faiz azalma baş verib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, qida məhsullarının istehsalında 3,1 faiz, içki istehsalında isə 37,4 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 5,2 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 1,9 dəfə, marqarin istehsalı 20,4 faiz, duru bitki yağlarının istehsalı 14,2 faiz, cem və marmeladların istehsalı 4,2 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, pivə istehsalı 25,7 faiz artıb, bununla yanaşı qənd və şəkər tozu istehsalı 22,4 faiz azalıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 91,8 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 2,2 dəfə, geyim istehsalında 62,1 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 58,8 faiz azalma müşahidə olunub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR