İqtisadiyyat

Payızda II Bankçılıq Forumu keçiriləcək

  • 21 Jun 2017
  • 313 baxış

Oktyabr-noyabr aylarında Bakıda II Bankçılıq Forumu keçiriləcək.

XalqTV.com-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, ABA-nın iyunun 20-də keçirilən Rəyasət Heyətinin iclasında II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb, forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-3197-payizda-ii-bankciliq-forumu-kecirilecek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11