SAĞLAMLIQ

Laminariya sellülit və piylənməyə qarşı

  • 21 Jun 2017
  • 356 baxış

Laminariya və ya dəniz kələmi boz-qonur rəngli dəniz yosunları sinfinə daxildir, qədim Şərq yosunu hesab edilən bitki dəniz sahilində yaşayanların qidası olub. Tərkibində külli miqdarda makro və mikroelement olduğuna görə ondan gübrə kimi də istifadə edilib. Əsasən Yapon və Oxot dənizlərinin sahilində bitir. Dəniz kələmi Yaponiya, Çin və Koreya mətbəxinin əsas qidası hesab edilir. Yaponlar demək olar ki, hər gün dəniz kələmindən istifadə edirlər. Məşhur yapon yeməyi olan suşiləri qurudulmuş laminariya məhsullarından hazırlanır.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, dəniz kələmi sinir sisteminin işini, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki və zehni fəallığı yüksəldir, qanda xolesterinin miqdarını normaya salır. Atonik qəbizlik, kəskin entrekolit, proktit və qanazlığı zamanı da ondan istifadə etmək olar. Onun tərkibinə daxil olan bir çox maddələr afrodiziak təsirə malikdir və impotensiyanın müalicəsində istifadə edilir.

Artıq çəkidən əziyyət çəkənlər üçün də laminariya əlverişli məhsuludur, çünki uzun müddət doyma hissi yaradır və orqanizmdə olan artıq mayeni özünə hopdurur, tərkibindəki vacib vitamin və elementlər isə orqanizmin gündəlik tələbatını ödəyir.

Dəniz kələmi salat və qarnir şəklində də yeyilir. Onun tərkibində qalxanabənzər vəz hormonunun bitki analoqu olan tireoidin var və həmin maddə qalxanabənzər vəzin pozulmuş fəaliyyətini normalaşdırır.

Kosmetologiyada laminariya bürünmə məqsədilə istifadə edilir. Onda sellülitin qarşısını almaq, mimik qırışları hamarlamaq qabiliyyəti var, lakin onun həddən artıq istifadə edilməsi zökəmə və göz yaşı ifrazının artmasına səbəb ola bilər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-3201-laminariya-sellulit-ve-piylenmeye-qarshi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11