Dünya

Madonna oğlu yaşında gəncə vurulub - FOTO

  • 21 Jun 2017
  • 239 baxış

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Madonna Portuqaliyaya yollanıb. 58 yaşlı müğənni Portuqaliyanın paytaxtı Lissabonda dəbdəbəli malikanə alıb.

XalqTV.com TMZ-yə istinadən bildirir ki, pop-kraliça bu malikanə əsas iqamətgahına çevirmək niyyətindədir.

Müğənninin ABŞ-ı tərk edərək Portuqaliyaya yollanmasının iki səbəbi var.

Onlardan biri Madonnanın övladlığa götürdüyü 12 yaşlı Devid , ikincisi isə 31 yaşlı model sevgilisi Kevin Sampayodur.

18-ci əsrdə tikilmiş malikanə üçün 6 milyon avro ödəyib. Təpə yamacındakı bu malikanə "Benfica" klubunun yeniyetmələrdən ibarət komandasının təlim-məşq bazasının yaxınlığındadır.

Madonnanın övladlığa götürdüyü 12 yaşlı Davidə futbolçu istedadı olduğundan, üstəlik o, "Benfica"da oynamaq istədiyindən müğənni məhz bu malikanəni satın alıb.

Bundan başqa, 58 yaşlı Madonnanın yeni sevgilisi, 31 yaşlı Kevin Sampayo da bu malikanəyə köçüb.

Madonna əvvəlki sevgilisi, 26 yaşlı Abubakr Sumahoro ilə bütün əlaqələri kəsib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR