Dünya

Rusiyada dollar 60 rubl həddini ötdü

  • 21 Jun 2017
  • 227 baxış

Rusiyanın nağd valyuta bazarında son günlər sürətlə bahalaşan ABŞ dollarının məzənnəsi bu gün kritik hədd - 60 rublu ötüb. 

XalqTV.com report-a istinadən xəbər verir ki, Rusiyada dolların məzənnəsinin artmasına səbəb son günlər qlobal bazarda neft qiymətlərinin azalması, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi və xarici portfel investisiyalarının tədricən Rusiya maliyyə bazarlarından çıxması amilləri göstərilir. 
"Report"un analitik qrupu bildirir ki, Rusiyada dolların 62-63 rubla qədər bahalaşması, ilin sonuna qədər isə 57-63 rubl diapazonunda hərəkət etməsi gözlənilir. Qeyd edək ki, bu il Rusiyada dolların məzənnəsinin minimal həddi 55,72 rubl təşkil edib. Maksimal həddə isə ilin ilk iş günü - 61,2864 rubl səviyyəsində qeydə alınıb. Hazırda dollar nağd valyuta bazarında 60,1511 rubla satılır. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR