Dünya

Ronaldunun meneceri "Barselona" ilə danışıqlara başladı

  • 21 Jun 2017
  • 215 baxış

Krişitanu Ronaldunun meneceri Xorxe Mendeş "Barselona" rəhbərliyi ilə görüşüb.

XalqTV.com fanat.az-a istinadən xəbər verir ki, məşhur menecerin Barselonaya gedərək klub rəsmiləri ilə danışıqlar aparması müxtəlif şaiyələrə səbəb olub.

Bildirilib ki, Mendeş "Real"dan ayrılmaq istəyən Ronaldu ilə bağlı danışıqlar aparıb. Amma "El Mundo Deportivo" görüşün portuqaliyalı futbolçu ilə bağlı olmadığını yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Mendeş "Barselona" rəhbərliyi ilə komandadan ayrılması gözlənilən Arda TuranAndre Qomeslə bağlı görüşüb.

Bildirilir ki, Ardaya Çin, İtaliya, İngiltərə və Türkiyədən gələn təkliflərlə yanaşı, "Sportinq"in futbolçuya maraq göstərməsi Mendeş - "Barselona" görüşünün baş tutmasına səbəb olub.

Andre Qomes məsələsində isə "Barselona"nın qərarı başqadı. Bu futbolçu "Barselona"da qalacaq. Bu futbolçunun xidmətində Mendeşin çalışdığı "Mançester Yunayted" və "Yuventus" maraqlıdı.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR