İqtisadiyyat

Azərbaycanda qızıl ucuzlaşdı

  • 21 Jun 2017
  • 261 baxış

Azərbaycanda bu ilin may ayında qızıl cüzi ucuzlaşıb. Qızıl üzük qiymətləri əvvəlki ayla müqayisədə 2% aşağı düşüb.

XalqTV.com bu barədə report-a istinadən xəbər verir.
Rəsmi statistikaya əsasən, may ayında 750 əyarlı 5 qr üzüyün orta aylıq qiyməti 364,74 manata enib. Yəni, 1 qr-ın orta satış qiyməti 72,94 manat olub. Əvvəlki ayda isə bu göstəricilər müvafiq olaraq 372,2 manat 74,44 manat/qr təşkil edib.

May ayında 5 qr gümüş üzüyün orta qiyməti isə 30,69 manata enib ki, bu da əvvəlki ayla müqayisədə 2% ucuzlaşma deməkdir. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR