Dünya
Ronaldunun yerinə keçmiş "Barselona"lı - FOTO
Madrid "Real"ı Kriştianu Ronaldunun gedişinə hazırlaşır.
XalqTV.com fanat.az-a istinadən xəbər verir ki, 32 yaşlı portuqaliyalı superulduz İspaniya nəhəngini tərk edəcəyi halda, onun yerinə Aleksis Sançes transfer olunacaq.
London "Arsenal"ıyla yeni müqavilə bağlamağa tələsməyən Sançes də ÇL-in son qalibinin sıralarına qatılmaq üçün canfəşanlıq edir. O, dəfələrlə qitənin ən nüfuzlu turnirinin qalibi ola biləcək komandada oynamaq istədiyini dilə gətirib.
Qeyd edək ki, daha öncə "Barselona"da top qovan Çili millisinin hücumçusuyla "Mançester Siti", "Çelsi" və "Bavariya" da maraqlanır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR