idman

Konfederasiyalar Kuboku: Portuqaliya ilk qələbəsini qazandı

  • 21 Jun 2017
  • 268 baxış

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start verildi. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, A qrupunda iki görüş baş tutacaq.

Ev sahibi Rusiya turnirin favoritlərindən sayılan Portuqaliya yığması ilə qarşılaşdı. Ruslar yarışın açılış matçında Yeni Zelandiyaya qalib gəldikləri (2:0) halda, Portuqaliya Meksika üzərindəki qələbəni son anda əldən vermişdi (2:2). Şimal qonşularımız qələbə seriyasını davam etdirmək niyyətindədi idi. Öz növbəsində, Kriştianu Ronaldu və komanda yoldaşları da meydana qələbə üçün çıxdılar.
 
Qrupun digər matçında isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gələcək. Şimali amerikalılar əsas rəqiblərinin bir-biri ilə qarşılaşmasından maksimum yararlanmaq niyyətindədi. Bu mənada, Yeni Zelandiya ilə görüşdə Xuan Karlos Osorionun yetirmələrini qələbədən başqa nəticə qane etməyəcək.
 
FİFA Konfederasiyalar Kuboku - 2017
21 iyun
 
A qrupu
Rusiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 9
 
22:00. Meksika - Yeni Zelandiya

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-3257-konfederasiyalar-kuboku--portuqaliya-ilk-qelebesini-qazandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11