idman
"Barselona" braziliyalı futbolçunu transfer etməyə çalışır
"Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde dayaq yarımmüdafiəsini gücləndirmək niyyətindədir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalonlar "Guangzhou Evergrande"nin şərəfini qoruyan Paulinyo ilə maraqlanır. Braziliyalı futbolçunun transferi ilə bağlı klubların nümayəndələri görüş də keçiriblər. Yerli nəşrlərin yaydığı məlumata görə, "Barselona" Paulinyonu yanvardan izləyir.
"Sambaçı" 2013-cü ildə İspaniya qrandına keçə bilərdi. Həmin vaxt daha qətiyyətli tərpənən "Tottenham" onu heyətə qatmışdı. 2015-ci ildə isə havbek Çinə yollanmışdı.
XalqTV.com
RƏYLƏR








