SAĞLAMLIQ

Doğuş keçirən qadınların 50-70 faizi psixiatrik problemlər yaşayır

  • 21 Jun 2017
  • 330 baxış

Doğuş qadınların həyatında həqiqətən bir dönüş nöqtəsidir. Ancaq bu hadisənin əvvəli və sonrasında yaşanan bir çox fiziki dəyişiklik ilə paralel bir sıra psixiatrik problemlər də yaşanır.

XalqTV.com xəbər verir ki. psixiatr Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində bildirib ki, buna səbəb ananın hormonlarında meydana gələn dəyişikliklərdir. Körpənin məsuliyyəti, yaxşı ana ola biləcəyəmmi? Bu və digər buna bənzər qorxular, fiziki yorğunluq, uşaqla əlaqədar vaxtında yatmamaq, ananın xarici görünüşünün dəyişməsi əsas səbəblərdi. Doğum sonrası depressiyanin ilk əlamətləri doğumdan sonrakı ilk 3-4 gün ərzində qəfildən ortaya çıxa bilər. Doğuş keçirən qadınların 50-70 faizi də bu cür dəyişiklik olduğu müşahidə edilib. Səbəbsiz ağlama istəyi, narahatçılıq, səbirsizlik, sıxıntı, gərginlik hissi ən çox görülən simptomlardandır.

B.Mustafayev qeyd edib ki, doğum sonrası depressiyası isə daha ciddidir. Demək olar ki, doğum keçirən hər 10 qadından birində dəyişən dərəcədə depresiv əlamətləri ola bilər. Bu xəstəliyin müalicəsi onun şiddətinə görə dəyişir. Depressiya zamanı xəstə olan gənc analara dərman müalicəsi ilə yanaşı, psixoterapiya da tətbiq edilməlidir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq bir neçə ay davam edə bilər. Müalicə ilə yanaşı həyat yoldaşının da dəstəyi vacibdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-3263-dogush-keciren-qadinlarin-50-70-faizi-psixiatrik-problemler-yashayir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11