SAĞLAMLIQ

Qəndab Quliyevanın həkimi: "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur" - YENİLƏNİB

  • 22 Jun 2017
  • 282 baxış

11:09

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabildir.

Bu barədə APA-ya Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri Abbasəli Abbasəliyev məlumat verib.

Onun sözlərinə görə, xalq artisti ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib: "Düzdür, ağır xəstədir, amma vəziyyəti stabil qiymətləndirilir. Əlimizdəki parametrlər göstərir ki, orqanların funksiyası qaydasındadır. Eyni zamanda xroniki böyrək çatışmazlığı da var. Ürək çatışmazlığı ağır xəstəlik hesab olunur, amma hazırkı vəziyyəti stabildir, qorxulu heç nə yoxdur".

Abbasəli Abbasəliyev əlavə edib ki, xalq artistinin reanimasiyaya yerləşdirilməsinin səbəbi təkcə ürək çatışmazlığı deyil: "Psixoloji sıxıntıları var idi. Qəndab xanıma rahatçılıq olsun deyə reanimasiyaya yerləşdirdik. Çox güman ki, bir-iki gün reanimasiya şöbəsində qalacaq". 

----------

11:03

Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilməsi haqda xəbər vermişdik.

Xanəndənin vəziyyəti stabilləşib.

XalqTV.com xəbər verir ki, Respublika Diaqnostika Mərkəzindən lent.az-a verilən məlumata görə, xalq artisti dünən xəstəxanaya gətirilib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.

Hazırda durumu stabilləşən xanəndə xəstəxanada müalicəsi davam etdirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO