Dünya
Makron: "Trampın siyasəti bütün dünya üçün narahatlıq mənbəyidir"
ABŞ Prezidenti Donald Trampın hansı xarici siyasət yürüdəcəyi qabaqcadan bilinmir ki, bu da dünya ictimaiyyəti üçün narahatlıq mənbəyidir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti qismində Avropa mətbuatına ilk müsahibəsini verən Emmanuel Makron deyib.
E.Makronun sözlərinə görə, D.Tramp hələ də öz xarici siyasətinin konseptual əsasını hazırlamayıb:
"Ona görə də onun siyasətini qabaqcadan proqnozlaşdırmaq çətindir və bu, bütün dünya üçün narahatlıq mənbəyidir".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR