Dünya

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

  • 23 Jun 2017
  • 222 baxış

Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, ölən şəxs 22 yaşlı gənc David Vallenilla olduğu və onun odlu silahla vurulduğu bildirilir. Gənc xəstəxanaya çatdırılsada, əməliyyat zamanı dünyasını dəyişib.

Beləliklə, Venesuelada son 3 ay ərzində etiraz aksiyaları zamanı ölənlərin sayı 75 nəfərə çatıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR