SAĞLAMLIQ

Xoşbəxtliyin əsas səbəblərindən biri

  • 23 Jun 2017
  • 287 baxış

Yuxu gün ərzindəki bütün fəaliyyətin təməli hesab olunur. XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, narahatlıq və gərginliyin səbəbini çox vaxt yuxu saatının azlığı ilə əlaqələndirirlər.

Alimlərin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, gün ərzində 7 saat 6 dəqiqə yatmaq xoşbəxt olmağın əsas şərtlərindən biridir. Onların apardığı təcrübədə minlərlə könüllü iştirak edib. Təcrübə nəticəsində müəyyən olunub ki, qismən xoşbəxt olanlar isə 6 saat 54 dəqiqə yatırlar. Aparılan araşdırmalara görə, 6 saat 48 dəqiqədən az yuxu yatmaq narazılığın artması deməkdir. Həmin yuxu rejiminə malik olanlar münasibətlərindən narazı və daima narahatdırlar.

Mütəxəssislər müəyyən ediblər ki, yuxu saatı azaldıqca xoşbəxtliyin səviyyəsi də aşağı düşür. Dərin yuxuya getməyin sadə yolları da müəyyən edilib. Təcrübə iştirakçısı olan könüllülərdən yatmazdan əvvəl duş qəbul edən və meditasiya dalanların yuxusunun daha keyfiyyətli olduğu aşkarlanıb. Video oyunlar oynamağa üstünlük verilməsi isə yuxusuzluq yaradır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO