Dünya

Əl baqajı üçün skanerlər sınanır

  • 24 Jun 2017
  • 230 baxış

ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir.

XalqTV.com ICTnews-a istinadən bildirir ki, söhbət kompüter tomoqrafiyasından gedir. Texnologiyadan artıq baqaja təhvil verilən çantaların skan edilməsi üçün istifadə olunur. Hazırda idarə nümayəndələri onu "Phoenix Sky Harbor" Beynəlxalq Aeroportunun nəzarət-buraxılış məntəqələrinin birində əl baqajı ilə işdə sınaqdan keçirirlər.

Məlumata görə, kompüter tomoqrafiya skanerləri daha yaxşı baxış bucağının əldə edilməsi üçün döndərməyə imkan verən üçölçülü təsvir yaradırlar. Bunun sayəsində yoxlamanı aparan şəxslərə şübhəli çantaları seçmək və açmaq hüququ verilir.  

Sınaqlar "American Airlines" aviaşirkətinin iştirakı ilə aparılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR