Dünya

London yanğınının fəsadları: 4 min insan evlərindən çıxarıldı - VİDEO - FOTO

  • 24 Jun 2017
  • 212 baxış

Britaniyanın paytaxtı Londonun Kamden və Çalkots bələdiyyələri 5 çoxmərətəbli yaşayış kompleksinin sakinlərini təxliyə edib.

Ümumilikdə 4 min nəfər təlxiyə olunub.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, səbəb həmin binaların üzlük örtüklərinin dəhşətli yanğında kül olmuş 24 mərtəbəli "Grenfell Tower"də istifadə olunmuş lövhələrlə identik olmasıdır.

Məhz bu plastik lövhələrin ucbatından "Grenfell Tower"də soyuducunun qısaqapanmadan sonra alışması nəticəsində bina barıt çəlləyi təki alışaraq yanmışdı.

Təxliyə edilən sakinlərə deyilib ki, onlar 3 həftə ərzində mənzillərinə daxil ola bilməyəcəklər.

Həmin müddətdə sözügedən binaların çöl divarlarındakı plastik üzlük lövhələr söküləcək, əvəzində yanğına davamlı və keyfiyyətli lövhələr quraşdırılacaq.

Mənzillərindən çıxarılmış ailələr otellərdə və bələdiyyələrin ərazisindəki yaşayış binalarında məskunlaşdırılır.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR