idman

Formula 1 pilotunun bolidi yandı

  • 24 Jun 2017
  • 270 baxış

Bakıda keçirilən Formula 1 yarışlarının üçüncü sərbəst yürüşündə "Renault" komandasının pilotu Colyon Palmer mühərrikdə yaranan problemlərlə əlaqədar trası tərk edib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, ikinci döngədə bolidi tüstülənməyə və yanmağa başlayıb. Pilot bolidi vaxtında tərk edə bilib. Marşallar yanğının qarşısını alıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-3431-formula-1-pilotunun-bolidi-yandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11