idman

Rusiyalı azarkeş: "Azərbaycan Formula 1-in təşkilatçılığına görə fərqlənir"

  • 24 Jun 2017
  • 312 baxış

Formula 1 yarışının fanatıyam və yarışlara tamaşa etmək üçün ailəmlə birgə Bakıya gəlmişəm.

XalqTV.com bildirir ki, bunu  Trend-ə rusiyalı qonaq Andrey Maruşin deyib.

A.Maruşin bildirib ki, birinci dəfədir Bakıya gəlir: "Bakı çox gözəl şəhərdir, paytaxt çox xoşuma gəldi".

Rusiyalı qonaq bildirib ki, Formula 1 yarışı turistlərin ölkəyə cəlb olunması üçün çox əhəmiyyətlidir:

"Dünyada bu yarışı maraqla izləyirlər. Formula 1 yarışını bu gün izləyən xarici qonaqlar, turistlər ölkəni tanıyırlar və sonra təkrar Azərbaycana gəzməyə, istirahət etməyə gələcəklər. Bu dəfə mən də Formula 1 yarışına baxmağa gəlmişəm. Amma növbəti dəfə Bakını yaxşı gəzmək, burada dənizə getmək üçün mütləq yenidən Azərbaycana gələcəyik".

A.Maruşin Formula 1-in təşkilatçılıq səviyyəsindən razı çox qaldığını bildirib:

"Azərbaycan təşkilatçılığına görə fərqlənir, tamaşaçılar üçün yaxşı şərait yaradılıb".

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-3438-rusiyali-azarkesh--azerbaycan-formula-1-in-teshkilatciligina-gore-ferqlenir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11