Dünya

Tramp Lavrovla danışıqlardan sonra...

  • 11 May 2017
  • 223 baxış

ABŞ prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra sabiq dövlət katibi Henri Kissincer ilə görüşüb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti özü bildirib.

"Mən Henri Kissincerlə Rusiya və bir sıra digər məsələləri müzakirə etmək üçün görüşdüm", deyə D.Tramp vurğulayıb.
 
Qeyd olunur ki, H.Kissincerlə görüş Trampın qrafikində olmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR