idman
"Qarabağ" hazırlıq oyununda darmadağın oldu
Avstriyada yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu ikinci qarşılaşmasında Bolqarıstanın MOİK klubu ilə qarşılaşıb.
Görüş ağdamlıların 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Rusiyanın "Axmat" klubuna 0:1 hesabı ilə məğlub olub.
Yoxlama oyunu
"Qarabağ" - MOİK (Bolqarıstan) - 2:5
Qollar: Ağabala Ramazanov, 54, Dino Ndlovu, 75
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








