Dünya
Kiyevdə deputat yol qəzasında öldü - FOTO
Kiyev yaxınlığında baş verən yol qəzasında üç nəfər, eləcə də Kiyev Vilayət Şurasının deputatı Boris Pançenko həyatını itirib.
XalqTV.com "Report"a istinadən bildirir ki,bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının başçısı Aleksandr Qorqan məlumat verib.
"Bir saat əvvəl yol qəzası nəticəsində Kiyev Vilayət Şurasının 1952-ci il təvəllüdlü deputatı Pançenko Boris Maksimoviç dünyasını dəyişib", - deyə o öz "Facebook" səhifəsində yazıb.
Aleksandr Qorqanın sözlərinə görə, qəza Belotserkovski rayonunda, Belaya Serkov - Volodarka yolunda qeydə alınıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR