Dünya
Əfqanıstanda terror: 10 polis öldürüldü
Əfqanıstanın Herat əyalətində "Taliban" terror qruplaşmasının üzvləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, nəticədə azı 10 polis əməkdaşı həlak olub, 4-ü isə yaralanıb.
Yerli polis nümayəndəsi Cilani Fərhad qeyd edib ki, terrorçular polislərin silahlarını ələ keçiriblər.
Məlumata əsasən, polislərlə terrorçular arasında atışma zamanı 4 terrorçu öldürülüb.
XalqTV.com
RƏYLƏR