Dünya

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib

  • 26 Jun 2017
  • 206 baxış

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu gün ABŞ Ali Məhkəməsi  prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, D. Trampın həmin fərmanı İran, İraq, Liviya, Somali, Sudan, Suriyə və Yəmən vətəndaşlarının 90 gün müddətinə ABŞ-a gəlişinə qadağanı nəzərdə tutub.  İraq sonradan bu siyahıdan çıxarılıb. Lakin Vaşinqton ştatının Sietl Federal Məhkəməsi və Havay ştatının Qonolulu Federal Məhkəməsi bu fərmanın əleyhinə qərar verib və fərman icra olunmayıb.
 
ABŞ Ali Məhkəməsinin qərarı o deməkdir ki, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq. Ali Məhkəmənin növbəti iclası oktyabra təyin edilib. Ancaq bu qərar həmin ölkələrin ABŞ təşkilatları və vətəndaşları ilə sıx əlaqələri, ABŞ-da biznesi olan vətəndaşlarının gəlişinə qadağanı məhdudlaşdırıb. Yəni fərman bu şəxslərə şamil olunmayacaq.
 
Xatırladaq ki, D. Tramp iyunun əvvəlində ABŞ Ali Məhkəməsinə müraciət edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR