SAĞLAMLIQ

Pərpətöyünün sağlamlıq üçün BİLMƏDİYİNİZ FAYDALARI

  • 26 Jun 2017
  • 332 baxış

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, pərpətöyün çox faydalı göyərtidir. Pərpətöyün A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan, yağlı turşular və digər insan sağlamlığı üçün vacib maddələrlə zəngindir.

1. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.
2. Sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.
3. Mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
4. Kalium və maqneziumla zəngin olan pərpətöyün ürək üçün çox faydalıdır - ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.
5. Xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir.
6. Dəri və selikli qişaların regenerasiyasını (bərpa) sürətləndirir, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır.
7. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir.
8. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
9. Qaraciər üçün faydalıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO