Dünya
Lavrov və Tillerson arasında telefon danışığı olub
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
"Söhbət zamanı tərəflər, atəşkəs rejiminin möhkəmləndirilməsi daxil olmaqla, Suriyada münaqişənin nizamlanması, terror qruplaşmalarına qarşı mübarizədə səylərin artırılması məsələlərini müzakirə edib, kimyəvi maddələrdən istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar", məlumatda deyilir.
Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
XalqTV.com
RƏYLƏR